 |
Şrift : |
|
 |
Tarix : | 26-01-2012, 16:43 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 162 dəfə |
Like : |
|
Like : |
|
|
Tehran Avropaya neft ixracını dayandırmağa hazırlaşır
Tehran Avropa Birliyinin İrandan neft idxalının dayandırılması qərarına Avropaya neft ixracatını dayandıraraq cavab verməyə hazırlaşır.
İranlı deputat Həsən Qafurifərd parlamentin internet saytında yerləşdirilən açıqlamasında bildirib ki, Avropaya neft ixracatının dərhal dayandırılmasını nəzərdə tutan qanun təklifi yaxın günlərdə müzakirəyə çıxarılacaq.
Qafurifərd qanun layihəsinin AB-nin İrana neft embarqosu başlamadan İranın Avropaya neft ixracatını dayandırmasını nəzərdə tutduğunu söyləyib.
Deputat layihə ilə bağlı müzakirələrin yanvarın 29-da başlayacağını deyib.
AB-yə ixrac edilən neftin İranın bütövlükdə ixracat həcminin 18 faizini təşkil etdiyini bildirən deputatlar bu addımın dərhal atılmasını istəyirlər. İranlı deputatlara görə, bu addımdan Tehrandan çox, AB ölkələri zərər çəkəcək.
|