Britaniyanın paytaxtı Londonda, "Square Mile" küçəsində yüzlərlə müsəlman dünən cümə namazına yığışmışdı.
Londonun cənubundakı Spitalfilds səmtindəki Bryun-Stritə yığışan müsəlmanlar həmişə olduğu kimi, bu dəfə də ibadət və dualar ediblər, namaz qılıblar.
Dünən Hz.Məhəmmədin (s.ə.s) mövludu olduğundan, məscidə axışanların sayı daha çox idi.
Lakin namaza yığışanların hamısı məscidə sığışmadığından ətrafdakı küçələrdə yüzlərlə müsəlman namaz qılırdı.