 |
Şrift : |
|
 |
Tarix : | 8-02-2012, 10:44 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 125 dəfə |
Like : |
|
Like : |
|
|
İsveçrə Konfederasiyasının Ankaradakı səfiri Türkiyə XİN-inə çağırılaraq ondan izahat tələb olunub
Səfir Raymond Kunz bu gün Türkiyə Xarici İşlər Nazirliyinin aparat rəhbəri Firudin Sinirlioğlu tərəfindən nazirliyə çağırılıb. F.Sinirlioğlu diplomatdan təmsil etdiyi ölkədə prokurorluğun Türkiyənin Avropa Birliyi məsələləri üzrə naziri Egemen Bağış haqqında ilkin təhqiqata başlaması haqqında xəbərlərlə bağlı izahat tələb edib. F. Sinirlioğlu səfirə bildirib ki, Türkiyə hökuməti bu addımı qəbuledilməz sayır. Xatırladaq ki, nazir Egemen Bağış ötən həftə Davos forumundan qayıdarkən Sürixdə qatıldığı bir toplantıda “Erməni soyqırımı olmayıb. Bu sözlərimə görə qoy gəlib məni həbs etsinlər”, şəklində bəyanat verib. İsveçrədəki erməni icması bu bəyanatla əlaqədar prokurorluğa şikayət edib və Sürix prokurorluğu E.Bağış haqqında ilkin təhqiqata başlandığını açıqlayıb.
|