 |
Şrift : |
|
 |
Tarix : | 15-02-2012, 12:16 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 109 dəfə |
Like : |
|
Like : |
|
|
Fransa prezidenti mərkəzi telekanalların birində çıxış edəcək, sabah ilk mitinqini keçirəcək
Bu gün Fransa prezidenti Nikola Sarkozinin apreldə keçiriləcək prezident seçkilərində yenidən dövlət başçısı kürsüsü uğrunda mübarizə aparmaq niyyətində olduğunu rəsmən elan etməsi gözlənilir.Nikola Sarkozinin bunu bu gün Fransanın mərkəzi telekanallarının birinin xəbər proqramında açıqlayacağı gözlənilir.
Hələlik Nikola Sarkozinin hansı telekanalda çıxış edəcəyi məlum deyil. Ancaq böyük ehtimalla, o, “TF-1”, yaxud “Frans-2” telekanallarının birində çıxış edəcək. Nikola Sarkozi sabah isə ilk seçkiqabağı mitinqini keçirməyi planlaşdırır.
Fransa prezidenti postuna 16 namizəd var. Nikola Sarkozinin əsas rəqibi müxalifətdəki Sosialist Partiyasının namizədi Fransua Olland sayılır.
|