 |
Şrift : |
|
 |
Tarix : | 17-02-2012, 11:11 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 106 dəfə |
Like : |
|
Like : |
|
|
Şeyx Həssən Nəsrallah bu barədə ali hərbi komandir İmad Muğniyənin anım günündə çıxış edərkən qeyd edib
Hizbullah lideri Şeyx Həssən Nəsrallah ötən günlərdə Hindistan və Taylandda törədilən terror aktlarının və Gürcüstünda planlaşdırılan hücumun onun qrupu ilə heç bir əlaqəsinin olmadığını bildirib. Hizbullahın 2008-ci ildə ölən ali hərbi komandiri İmad Muğniyənin anım günündə çıxış edən Nasrallahın sözlərinə görə, əgər belə bir şey olsa idi, Hizbullah çəkinmədən hadisə ilə bağlı açıqlama verərədi.
"Bizim mediada iddia edilən terror aktları ilə əlaqəmiz yoxdur. Törədilən hadisələrə görə Hizbullahın ittiham edilməsinə əhəmiyyət verməyə də bilərdim. Və bu məni hürkütmür. Lakin mən qətiyyətlə bildirmək istəyirəm ki, Hizbullahın bu işlərdə əli yoxdur. İsrail liderləri onlardan şəhidimiz Muğniyənin iısasını nə vaxt alacağımızı özləri bilirlər. Bu əsgərlərə, diplomatlara və ya mülkilərə qarşı olmayacaq. Belə bir hərəkət Hizbullaha qarşı təhqir olardı", deyə Şeyx Həssən Nəsrallah bildirib.
Qeyd edək ki, hər üç hücumda İsrail İranın əlinin olduğunu iddia edirdi. Və hədəfin İsrail diplomatları olduğunu bildirirdi. Bundan əlavə, bəzi mənbələrə görə, hücumlar Muğniyənin qisası kimi həyata keçirilmişdi.
|