 |
Şrift : |
|
 |
Tarix : | 18-02-2012, 18:01 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 122 dəfə |
Like : |
|
Like : |
|
|
Ermənistanın dağlıq Sisyan rayon mərkəzinin sakinləri təşviş içindədir
Onlar qaranlıq düşəndə eşiyə çıxmamağa çalışırlar.Ermənilər canavar hücumuna məruz qalmaqdan qorxurlar.
Gecələr küçələrdə canavarlar gəzir, hətta həyətlərə də soxulurlar. Küçələrin işıqlı olması da canavarlara mane olmur.
Canavarların belə aqressiv hərəkətlərinin səbəbi güclü şaxta və qardır. Hər yanı qar bürüyüb, dağlarda qarın hündürlüyü 2 metrə çatır. Belə şəraitdə vəhşi heyvan ovlaya bilməyən acmış qurdlar yaşayış məntəqələrinə enməyə məcburdur.
Son bir neçə gündə ətraf kəndlərdə canavar onlarla qoyun və hətta həyət itləri parçalayıblar.
Sisyan rayonu Banus kəndinin icra başçısı Vladimir Hovhannisyan son iki il ərzində rayon əhalisinə 4-5 milyon dram (təxminən 13 min dollar) ziyan vurulduğunu bildirir: canavar qoyunları didir, tülkülər – toyuqları aparır...
“80-100 baş qaramal yeyiblər. 280-300 ev quşları tülkülərə, çaqqallara pay olub”, - Vladimir “A1+” televiziya şirkətinin müxbirinə deyib.
40 yaşlı Manvel Vardanyan deyir ki, tək 2011-ci ildə 14 canavar vurub: “Canavarlar zəiflərə - yaşlı adamlara və uşaqlara - hücum edirlər. Küçəyə fənərlə çıxmağı məsləhət görərdim. Canavar işıqdan qorxur”.
Ermənistan hökuməti 2011-ci ildə canavar vuran ovçulara kompensasiya üçün 10 milyon dram (təxminən 25 min dollar) ayırıb.
|