 |
Şrift : |
|
 |
Tarix : | 21-02-2012, 12:34 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 119 dəfə |
Like : |
|
Like : |
|
|
“Təəssüf ki, tarix boyu biz günahsız insanlara qarşı bu cür amansızlıqların şahidi olmuşuq”
ABŞ-ın Merilend ştatının senatoru Brayan Froş Amerika azərbaycanlılarının Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar keçirdiyi beşinci kampaniyaya cavab verib. Senator Azərbaycan icmasına göndərdiyi məktubunda yazıb: “Təəssüf ki, tarix boyu biz günahsız insanlara qarşı bu cür amansızlıqların şahidi olmuşuq”.
Azərbaycan diasporunun Amerika qanunvericilərinə ünvanladığı məktublarda bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan ordusu dinc azərbaycanlı sakinlərə qarşı dəhşətli cinayət törədib: “Bu hadisə müasir tariximizdə Cənubi Qafqaz və Xəzər bölgəsində törədilən ən böyük qətliam və hərbi cinayətdir. Həmin gün Ermənistan hökumətinin Dağlıq Qarabağı etnik azərbaycanlılardan təmizləmək üçün göstərdiyi səylər bu soyqırım aktı ilə nəticələndi. İnsanlar öldürüldü, yaralandı, əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət 2000-ə yaxın günahsız insan əsir alındı”.
Diaspora üzvləri senatorları bu hərbi cinayəti və soyqırımı qanunvericilik aktları vasitəsilə tanımağa və anmağa çağırıblar.
“Mən sizin mesajınızı fevralın 26-da mütləq yada salacağam”, deyə Froş əlavə edib.
|