 |
Şrift : |
|
 |
Tarix : | 13-10-2011, 10:43 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 248 dəfə |
Like : |
|
Like : |
|
|
16 yaşlı Kim Han Sol artıq Sarayevodadır
Şimali Koreya lideri Kim Çen İrin nəvəsi Kim Han Sol Bosniya və Hersoqvinyaya gedib. Növbəti iki il ərzində Kim Han Sol burada kollecdə təhsil alacaq. Bosniya televiziyasının məlumatına görə, 16 yaşlı gənc paytaxt Sarayevoya adi aviareyslə gəlib. Buradan isə Şimali Koreya liderinin nəvəsi Birləşmiş Ümumdünya Kollecinin yerləşdiyi Mostar şəhərinə yollanacaq.
Adıçəkilən təhsil müəssisəsi Borniya ve Hersoqonvinyada ən yaxşılarından hesab olunur. Kollec 2007-ci ildən fəaliyyət göstərir. Təntənəli mərasimdə Birləşmiş Ümumdünya kollecinin sədri olan İordaniya şahzadəsi Nur da iştirak edib. Onu da əlavə edək ki, burada dünyanın 30-dan çox ölkəsindən tələbələr təhsil alır. Onların əksəriyəti yüksək vəzifəli məmurların və nüfuzlu iş adamlarının övladlarıdır. Kollec Mostar gimnaziyasının tarixi binasında yerləşir. Tələbələr yataqxanada qalırlar. Təhsil müəssisəsinin saytında deyilir ki, belə yaşam tərzi bərabərlik, tolerantlıq dünyaya tənqidi baxışı gücləndirir.
7GÜN.AZ
|