 |
Şrift : |
|
 |
Tarix : | 13-10-2011, 12:43 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 342 dəfə |
Like : |
|
Like : |
|
|
Gürcü milyarder baş nazir olmaq arzusundadır
Gürcüstan milyarderi, biznesmeni və xeyriyyəçisi Bidzina İvanişvili 2012-ci il parlament seçkilərində iştirak etmək üçün siyasi partiya təsis edəcəyini bildirib. İndiyədək siyasətdən uzaq duran İvanişvili baş nazir vəzifəsinə yiyələnmək niyyətindədir. O, prezident Mixeil Saakaşvilinin hökumətdə inhisarçılıq yaratmaq və konstitusiyaya dəyişiklik etməklə, daimi hakimiyyətdə qalmaq niyyətində olduğunu deyib. İvanişvili azad məhkəmə sistemi, Gürcüstanın ərazi bütövlüyünün bərpası və biznes mühitinin canlandırılmasına şərait yaratmaq istəyini dilə gətirib. Biznesmen deyib ki, Rusiya ilə münasibətlərin normallaşdırılması, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə üstünlük verəcək.
7GUN.AZ
|