 |
Şrift : |
|
 |
Tarix : | 13-10-2011, 17:17 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 281 dəfə |
Like : |
|
Like : |
|
|
Ağ Ev yeni sanksiyalara start verə bilər
ABŞ Vaşinqtonda baş verən sui-qəsd planına görə İranı küncə sıxışdırmağa çalışır. Ancaq Tehran və Əhmədinejatı günahlandımaq üçün Obamanın əlində yetərli dəlillər yoxdur. Ancaq bəzi ABŞ-ın yüksək səviyyəli şəxsləri İran rəhbərliyinin belə bir sui-qəsd planı içində olmadığı qənaətindədirlər. 7GÜN.AZ Türkiyənin “haber5.com” portalına istinadən bildirir ki, Ağ Ev İranı Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə sui-qəsd edilməsi bəhanə edərək, İrana yeni sanksiyaların tətbiqi üçün BMT Təhlükəsizlik Şurasına getmək üçün fəaliyyətini gücləndirib. Ancaq ABŞ-ın yüksək səviyyəli şəxsləri İran rəhbərliyinin belə bir sui-qəsd planı içində olmadığı qənaətindədirlər. Onlar ABŞ-ın İranı bu mövzuda beynəlxalq aləmdə küncə sıxışdırmasının çətin olacağını da iddia edirlər. Onlar həm də qeyd edirlər ki, BMT-dən İrana qarşı sanksiya qərar çıxmaq üçün "qəti dəlillərin" olması vacibdir. Bu fikri isə belə əsaslandırırlar ki, sui-qəsd planıyla əlaqədar dəlillər çox güclü olmadığı üçün Tehranda sui-qəsd planı əmrini kimin verdiyinin sübut edilməsi hardasa qeyri-mümkündür. Almaniyanın “Der Spiegel” jurnalının internet saytının verdiyi xəbərdə isə deyilir ki, ABŞ Senatında İran üzrə mütəxəssis kimi fəliyyət göstərən Kenneth Katzman deyib ki, Tehran rəhbərliyinin sui-qəsd planına qatıldığı olduqca şübhəlidir. Katzman onu da qeyd edib ki, sui-qəsdi planlamaqla günahlandırılan İnqilab Mühafizləri Korpusunun Afrikadakı qolu olan Qüds Qrupunun bu hərəkətin içində olduğuna inanmır: “Texasda avtomobil dilerliyi edən, uzun illərdir ABŞ-da yaşayan və Qüds qrupu üzvü olmayan bir adamın belə bir hərəkət etmək niyyətində olması mənə bu işin çox Qüds qrupunun istifadə etdiyi üsullar deyil kimi gəlir”.
7GUN.AZ
|