 |
Şrift : |
|
 |
Tarix : | 15-10-2011, 14:50 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 392 dəfə |
Like : |
|
Like : |
|
|
Bu məbləğin ortaya çıxması Şimali Kiprdə aləmi qarışdırdı
KKTC-nin prezidenti Dərviş Eroğlunun banka hesabından 2 milyon Türk Lirəsinin aşkarlanması ölkəni bir-birinə vurub. Buna görə də müxalifət onun hakimiyyətdən getməsi tələbini qoyub. Prezident isə evlərini satışa çıxardığını deyir. 7GÜN.AZ-ın Türkiyənin “milliyyet.com.tr” portalına istinadən verdiyi xəbərə görə, prezident Dərviş Eroğlunun HSBC bankda tapılan beş ayrı hesabına sentyabr və oktyabr aylarında 2 milyon 126 min TL yatırması ölkəni qarışdırdı. Məsələni Cümhutiyyət Məclisində gündəmə gətirən ana müxalifət Cümhuriyətçi Türk Partiyasından millət vəkili Sonay Adəm deyib ki, Eroğlu ya bu pulların mənbəyini açıqlasın, ya da dərhal istefa versin. Prezident Eroğlu verdiyi yazılı açıqlamasında “Verilməyəcək hesabım yox”-deyə son sözünü bildirib: “48 ildir dayanmadan işləyirəm. 20 il doktorluq etdim, 36 ildir millət vəkili, nazir, Baş nazir kimi göstərdim. Son olaraq da prezident olaraq xalqıma xidmət edirəm”. KKTC-nin baş naziri İrsen Küçük də iddiaların araştırılmasının üzərinə gedilməsinin qaçınılmaz olduğunu deyib. İddialara görə, pullar banka aid zirehli maşınlarla Eroğlunun evindən götürülərək hesaba yatırılıb. Parlamentin dünənki iclasında isə Əroğlunun pulları hardan tapması ilə bağlı geniş müzakirələr keçirilib. CTP millət vəkili Sonay Adəm əlindəki HSBC Bankına aid sənəd ləri göstərərək deyib ki, birinci hesapda 166 min 849 dollar, ikincisində 199 min 621 Sterlinq və üçüncü hesapda isə 131 min 134 TL var: “Bu üçü Mağusa hesaplarındadır. Lefkoşadakı hesaplarda isə 680 min TL ilə 238 min 200 dollar var. Ümumi qarşılığı 2 milyon 126 min 285 TL-dir. Köhnə pulla isə 2 trilyon 126 milyard 285 TL-dir”. Bundan sonra Adəm üzünü prezidentə tutaraq, açıq və qəti şəkildə bu pulların bank hesabına necə girdiyini cəmiyyətə izah etməyi tələb edib: “Bunun qısa zamanda Baş nazirliyin Təftiş Komisiyası tərəfindən cəmiyyətə açıqlanmasını düşünürəm. Bu, sadəcə mənim iddiam olmaqdan çıxarılıb cəmiyyətə elan olunmalıdır”. İddialara cavab vermək üçün kürsüyə çıxan baş nazir Küçük də Sonay Adəmin deputatlara payladığı sənəd və iddiaların Təftiş Komisiyası tərəfindən araşdırılacağını bildirib.
7GUN.AZ
|