 |
Şrift : |
|
 |
Tarix : | 17-10-2011, 13:42 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 343 dəfə |
Like : |
|
Like : |
|
|
"Siyasi uğursuz həmlələrə İran tərəfindən qarşılıq veriləcək"
ABŞ-ın Səudiyyə Ərəbistanın səfirinə qarşı sui-qəsddə İranı ittiham etməsi gərginliyə səbəb olub. Ağ Ev rəsmilərinin İranın bu addımına sərt şəkildə cavab veriləcəyi açıqlamaları Tehranı da dilləndirdi. Ölkənin ali dini lideri Seyid Əli Xamneyi dövlət televiziyasına verdiyi açıqlamasında ABŞ rəsmilərinin xəyallara qapıldıqlarını, siyasi uğursuz həmlələrinə İran tərəfindən qarşılıq veriləcəyini deyib. Xamneyi Vaşinqtonun bu addımı ölkədə baş verən iqtisadi böhranın üstünü örtmək üçün atıldığını, lakin bunun heç bir işə yaramayacağını söyləyib. Dünən isə prezident Mahmud Əhmədinejad İRNA agentliyinə verdiyi açıqlamasında, İranın mədəni ölkə olduğunu və sui-qəsd törətməyə ehtiyacının olmadığını söyləyərək, terror mədəniyyətinin yalnız ABŞ-a aid olduğunu deyib.
7GUN.AZ
|