 |
Şrift : |
|
 |
Tarix : | 18-10-2011, 14:24 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 430 dəfə |
Like : |
|
Like : |
|
|
“The Guardian” qəzeti qardaş ölkəni “Saxta məhsullar respublikası” elan etdi
7GÜN.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, qəzet Türkiyədəki təqlid məhsul bazarının keçən ilə nisbətən iki qat artaraq 6 milyard dollara çatmasının gözlənildiyini yazıb. Saxta məhsul istehsalının və istifadəsinin problemli bir sahə olduğunu yazan “The Guardian” bildirir ki, Türkiyədə məşhur brendlərin saxtaları məhsullarının istehsalı ingilis mətbuatını narahat etməkdədir. Qəzet həmçinin, yaxın günlərdə İstanbul örtülü bazarında polisin əməliyyat aparması zamanı 14 min saxta çantanın aşkar edildiyinə diqqət çəkərək, ölkəni “Saxta məhsullar respublikası” adlandırıb. Həmçinin bazarda kiçik bir sexin 3 işçi, tekstil yığını, makinalar və maşınlar üçün o qədər də böyük olmadığını, bir fəhlənin isə saxta Mulberry çantası tikişlə məşğul olduğunu yazır. Digər tərəfdən, hökumətin elektronikadan kosmetikaya, aksessuarlardan dərmana, tekstil və spirtə qədər hər sahədə yayılan saxta məhsullara qarşı mübarizəni gücləndirməkdədir.
7GÜN.AZ
|