 |
Şrift : |
|
 |
Tarix : | 19-10-2011, 18:00 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 358 dəfə |
Like : |
|
Like : |
|
|
“Bu cinayətlərin Umarovun rəhbərliyi ilə törədildiyi məlumdur”
Çeçenistan lideri Ramzan Kadırov Türkiyə ötən ay 3 nəfər çeçenin öldürülməsində çeçen mücahidlərinin lideri Doku Umarov və İngiltərə də mühacirətdə yaşayan Əhməd Zakayevin əlinin olduğunu söyləyib. Bizimxeber.com-un “RİA Novosti”nin verdiyi məlumata görə, Kadırov məsələ ilə bağlı verdiyi açıqlamasında bunun terrorçlar arasındakı münaqişənin nəticəsi olduğunu söyləyib: “Bu cinayətlərin Umarovun rəhbərliyi ilə törədildiyi məlumdur. Zakayevin də bu işdə əlinin olduğu şübhəsizdir”. Terrorçuların Çeçenistan hökumətinə zərbə vurmaq üçün fürsət axtardıqlarını söyləyən Kadırov, “Bütün bunlara mane olmağımız lazımdır. Bunun üçün Rusiyada cinayət törədib Türkiyədə gizlənən insanlar haqqındakı bütün məlumatların türk tərəfinə çatdırılması vacibdir” deyib. Qeyd edək ki, Türkiyə mətbuatında 3 çeçenin öldürülməsində rus kəşfiyyatı və Kadırova məxsus qüvvələrin əlinin olmasına dair məlumatlar yayılmışdı.
7GUN.AZ
|