Ankara bu müraciəti 30 ölkəyə, o cümlədən İsrailə də ünvanlayıb
Türkiyə zəlzələnin nəticələrini aradan qaldırmaqla bağlı beynəlxalq yardımları qəbul etməyə razılıq verib.
«ITAR TASS» agentliyi xəbər verir ki, son məlumatlara görə, Ankara bu müraciəti 30 ölkəyə, o cümlədən hazırda diplomatik münaqişədə olduğu İsrailə də ünvanlayıb. Dağıntılar olan rayonlarda qurma evlər, çadır və zərərçəkənlər üçün digər vasitələr çatışmazlığı yaranıb.
7GUN.AZ