 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 12:12 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 385 dəfə |
Like : |
|
Like : |
|
|
Sirt şəhərində 270 cəsəd aşkarlandı
Liviyanın qətlə yetirilmiş lideri Müəmmər Qəddafinin anadan olduğu Sirt şəhərində 270 cəsəd aşkarlanıb. 7GUN.AZ-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə xəbəri “Fox News” telekanalı yayımlayıb. Həmin proqramda bildirilir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu insanların əksəriyyətinin başına atəş açılaraq öldürüldüyünü deyib. Liviya Milli Keçid Şurası Sirt şəhərində Müəmmər Qəddafi tərəfdarlarının kütləvi qətlinin araşdırılacağına və günahkarların cəzalandırılacağına söz verib. Bu arada BMT-nin Liviyadakı missiyasının rəhbəri İan Martin BMT Təhlükəsizlik Şurasında çıxış edib. O, Müəmmər Qəddafi və oğlu Mutasim Qəddafi ilə qəddarcasına davranıldığını söyləyib. İan Martin Sirtdək son döyüşlər zamanı tərəflərin hər ikisinin hərbi cinayətə yol verdiyini də vurğulayıb.
7GUN.AZ
|