 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 14:53 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 542 dəfə |
Like : |
|
Like : |
|
|
Huneyiş Nasr: “Qəddafi öləndə, üzündə qorxu ifadəsi yox idi”
Ötən həftə müxaliflər tərəfindən qətlə yetirilən Lifiyanın keçmiş lideri Müəmmar Qəddafinin son anlarını 30 illik sürücü Huneyiş Nasr belə nəql edir: “Qəddafi öləndə, üzündə qorxu ifadəsi yox idi”. İngiltərənin “The Guardian” qəzeti sürücüdən müsahibə götürüb. Nasr paytaxt Trablus müxaliflər tərəfindən işğal olunduqdan sonra Qəddafi ilə birlikdə Sirt şəhərinə qaçdıqlarını və burada hücuma məruz qalmamaq üçün tez-tez yollarını dəyişdiklərini deyib. Qəddafinin oktyabrın 20-də Sirtdən də uzaqlaşmaq istədiyini deyən sürücü səbəbini belə izah edib ki, güclü döyüşlərdən sonra xarabaya dönən şəhərdə yeməyə heç nə bilməyiblər. Sirtdən uzaqlaşmaq istəyərkən, qəfildən NATO təyyarələrinin hücumuna məruz qaldıqlarını bildirən Huneyiş Nasr onu vurğulayıb ki, hər tərəfdə bomba partlayırdı. Bir qədər sonra onlar üsyançıların hərəkətə keçdiklərini görüblər. NATO və üsyançıların hücumundan sonra Qədafinin avtomobilindən enərək kiçik sığınacaqda gizləndiyini deyən 60 yaşlı sürücü onun üzündə qorxu ifadəsinin olmadığını, ancaq necə davranmaq lazım olduğunu bilmədiyini, onu ilk dəfə belə qərarsızlıq içində gördüyünü bildirib. Qəddafi ilə bir tayfadan olduğunu deyən Nasr, müxaliflərin hücumundan sonra özünün könüllü təslim olduğunu və başından dibçəklə zərbə alaraq yerə yıxıldığını da qəzet müxbirinin diqqətinə çatdırıb. 7GUN.AZ
|