 |
Şrift : |
|
 |
Tarix : | 18-11-2011, 13:45 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 330 dəfə |
Like : |
|
Like : |
|
|
"Liviyada ölənlər nə qədər candırsa, Suriyada ölənlər də o qədər candır"
Baş nazir Rəcəb Tayyib Ərdoğan dünya ölkələrini ikili standartlar həyata keçirməkdə suçlayıb.
Üçüncü Qara dəniz Enerji və İqtisadi Forumunda çıxış edən Ərdoğan Suriyanın da Liviya kimi nefti olmadığı üçün beynəlxalq birlik tərəfindən bənzər reaksiya görmədiyini bildirib: "Liviyada ölənlər nə qədər insandırsa, nə qədər xandırsa, Suriyada öldürülənlər də o qədər insandır və candır".
Baş nazir Suriyanın enerji mənbələrinə uzaq olması səbəbilə bu ölkədə yaşanan olaylarla bağlı lazımi qədər həssas davranılmadığını deyib.
Terrorla mübarizədən də bəhs edən baş nazir Türkiyənin bu məsələdə yalnız buraxıldığını söyləyib və terror aktlarının enerji təhlükəsizliyi üçün də ciddi təhdid olduğunu bildirib: "Türkiyədə iqtisadi böyümə sabit şəkildə davam edərkən, demokratikləşmə nöqtəsində ciddi və tarixi xarakterli addımlar atılırkən terror aktları da artdı. təəssüf ki, Türkiyə terrorla mübarizədə dünyadan lazımi dəstəyi ala bilmədi".
|