 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 21:08 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 116 dəfə |
Like : |
|
Like : |
|
|
Dekabrın 1-də proses Timoşenkonun səhhətinin pisləşməsi ilə əlaqədar onun iştirakı olmadan keçirilmişdi
Kiyevin apellyasiya məhkəməsi Ukraynanın oktyabrda 7 il həbs cəzasına məhkum olunmuş sabiq baş naziri Yuliya Timoşenkonun apellyasiyası üzrə işi bu gün yenidən nəzərdən keçirir. Yuliya Timoşenkonun səhhətinin pisləşməsi səbəbindən dekabrın 1-də ilkin dinləmə onun iştirakı olmadan keçrilmişdi.
Keçmiş baş nazirin müdafiə qrupunun rəhbəri, parlamentin deputatı Sergey Vlasenko Yuliya Timoşenkonun səhhətinin ona bu günki prosesdə də iştirak etmək imkanı verməyəcəyini düşünsə də, güclə apellyasiya məhkəməsinə gətirələcəyini də istisna etməyib. Vəkilin sözlərinə görə, Yuliya Timoşenko öz həyatına görə ehtiyat edir və hesab edir ki, ölkə rəhbərliyi onun xəstəlikdən ölməsi üçün hər şey edir.
Bu arada Ukrayna telekanalının verdiyi məlumata görə, Avropa Birliyinin qurumun genişlənməsi məsələsi və Avropa qonşuluq siyasəti üzrə ali nümayəndəsi Ştefan Fyüle təcridxanada Yuliya Timoşenko ilə görüşüb.
|