 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 21:10 |
Bölmə : |
Dünya |
Kömək : |
|
Baxılıb :
| 118 dəfə |
Like : |
|
Like : |
|
|
İraqın baş naziri belə bəyanatla çıxış edib
Amerika Birləşmiş Ştatlarında səfərdə olan İraqın baş naziri Nuri əl-Maliki Türkiyəyə qarşı sərt bəyanatlar verib. Maliki Ankaranı İraqın daxili işlərinə qarışmaqda ittiham edib. "Türkiyə ilə apardığımız iqtisadi əməkdaşlıqdan məmnunluq duyuruq və bu məsələdə xoşməramlıyıq. Amma siyasi problemlərimizə müdaxiləni xoş qarşılamırıq. Türkiyə İraqdakı bəzi siyasi şəxsiyyətləri və blokları dəstəkləyərək, daxili işlərimizə qarışır. Əvvəlki səfirlərinin bu cəhdlərinə dəfələrlə qarşı çıxmışıq. Türkiyənin siyasətdə daxili işlərimizə qarışmasını qəbul edə bilmərik" - Nuri əl-Maliki belə deyib.
İraq Suriya ilə bağlı Türkiyənin mövqeyi ilə də əks istiqamətdə duraraq, Ərəb Ölkələri Liqasının Suriyaya qarşı sanksiyalarını dəstəkləməmişdi. Nuri əl-Maliki isə İraqın Suriya məsələsində müxalif mövqedə dayanmasının başqa səbəbləri olduğunu bildirib. "Suriyadakı vəziyyət vətəndaş müharibəsinə çevrilərsə, maraqlarımıza ziyan dəyər və Suriyanı əhatə edən bütün region sarsılar".
|