Sabiq deputatın bazarında zorakılıq


7GUN.az-a daxil olan məlumata görə, bu gün Masallı şəhərinin Digah məhəlləsində yerləşən Milli Məclisin sabiq deputatı Nəriman Əliyevə məxsus “İnşaat Bazarı” Ticarət Mərkəzinin işçisi ilə adının açıqlanmasını istəməyən müştəri arasında münaqişə olub.

Belə ki, müştəri sözügedən ticarət mərkəzində sex sahibi olan Cavid adında bir nəfərdən həyəti üçün dəmir darvaza alıb. Sex sahibi müştərini aldadaraq ona keyfiyyətsiz darvaza verib. Buna etirazını bildirən müştəri ilə darvazanı satan Cavid arasında mübahisə başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sex sahibi müştəriyə hücum etmək istəyib. Bu zaman kənardan müdaxilə olub və münaqişənin qarşısı alınıb.

P.S. 7GUN.az-a daxil olan məlumatlara görə Milli Məclisin sabiq deputatı Nəriman Əliyev Masallıda "Nur -M" şirkətinin, "Qacar" mebel salonunun və digər ticarət obyektlərinin sahibidir.
Mövzunu davam etdirəcəyik.