“İngilis dili həftəsi”nə başlayıb-FOTO


ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi "İngilis dili həftəsi"nin rəsmi açılışını elan edir.

7GUN.az Turan.az-a istinadən xəbər verir ki, səfirliyin məlumatına görə, 9-13 sentyabr tarixlərində Azəbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimi Amerika Mərkəzində bir araya gələrək, praktiki ünsiyyət təcrübəsini vurğulamaq üçün bir sıra tədbirlərdə iştirak edəcəklər.

"İngilis dili həftəsi"ndə müəllimlər tədris proqramlarında videomühazirələrdən səmərəli istifadə olunması, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiya olunması və şagirdləri dərslərə cəlb etmək üçün digər müasir üsulları öyrənəcəklər.

Maraqlanan müəllimlər 12 sentyabr saat 15:00-da açıq mühazirəyə dəvət olunurlar.