Qazaxda tender maxinasiyaları– Vergi borcu olan şirkətlər necə qalib olur?


Qazax Rayon Psixatiriya Xəstəxanası ümumi maliyyə dəyəri 69200 AZN olan iki müqavilə imzalayıb. 7GUN.az Reportyor.info-ya istinadən xəbər verir ki, “Orman AS” MMC (49000 AZN), “Tədarük AS” MMC (10000 AZN) və “Səma” MMC (10200 AZN) ilə bağlanan müqavilələrdə “dəftərxana və təsərrüfat xərcləri”, “mətbəə məhsulları üzrə xərclər” və “digər kommunal xidmətlər haqqının ödənilməsi” nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Orman AS” MMC 12 may 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Ağstafa rayonu Ağstafa şəhəri, 33-cü məhəllədə yerləşən şirkətin qanuni təmsilçisi Yaqubəliyev Elvin Abdı oğludur.

Araşdırmalar zamanı aydın olur ki, “Orman AS” MMC əsasən Qazaxın yerli qurumlarının keçirdiyi tenderlərdə qalib olur. Bundan əlavə, Qazax Rayon Psixatiriya xəstəxanasının müqavilə bağladığı “Tədarük AS” MMC-nin qanuni təmsilçisi Yaqubəliyev Abdi İbrahim oğlu Elvin Yaqubəliyevin atasıdır.
“Tədarük AS” MMC 10 iyun 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşir.

Bu şirkət də əsasən Qazax rayonunun yerli qurumlarının tenderlərini qzanır. Yeni yaradılmasına baxmyaraq sözügedən MMC xeyli sayda satınalma müsabiqəsində iştirak edib və qalib. Xüsusilə, Qazax Rayon Psixatiriya Xəstəxanası elan etdiyi müsabiqələrdə “Tədarük AS” MMC-yə üstünlük verir. Məsələn, ötən ilin yanvar-sentyabr aylarında bu şirkət Qazax Rayon Psixatiriya Xəsətəxanasının 5 satınalma müsabiqəsinin qalibi olub.

Bəzi iddialara görə, “Tədarük AS” MMC yerli məmurlardan birinə məxsusdur. Bu iddia bir qədər inandırıcı görünür. Çünki şirkət yarandıqdan cəmi 20 gün sonra Ağstafa icra nümayəndəliyinin keçirdiyi tenderin qalibi olub. Digər tərəfdən, məlum olur ki, Abdı Yaqubəliyev 2014-2015-ci illərdə istifadəsində olan əkin sahəsi üçün dövlətdən 184 000 AZN yardım alıb. Azərbaycan reallığında sıravi fermerin bu məbləğdə yardım alması inandırıcı görünmür. Ehtimal etmək olar ki, bu yardımlar da sadəcə onun adına yazılıb. Yaxud da Abdı Yaqubəliyev hansısa yerli məmurla işbirliyindədir.
Bu arada qeyd edək ki, “Orman AS” MMC-nin 2232.75 AZN, “Tədarük AS” MMC-nin isə 166.50 AZN vergi borcu var. Vergi borcu olan şirkətlərin tenderlərdə iştirakı isə qanunvericiliyə ziddir.

Qazax Rayon Psixiatriya Xəstəxanasının müqavilə bağladığı “Səma” MMC-yə gəlincə, şirkət 6 avqust 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Ağstafa rayonu Ağstafa şəhəri, M.Ə.Sabir küçəsi, ev 9-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aslanov Yaşar İmamverdi oğludur.

Şirkətin 8 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur.
Qazaxda tender maxinasiyaları
Qazaxda tender maxinasiyaları
Qazaxda tender maxinasiyaları
Qazaxda tender maxinasiyaları
Qazaxda tender maxinasiyaları
Qazaxda tender maxinasiyaları